"Azərreyl" "Qızıl set"də dayandı

Bu gün qadın voleybolçular arasında "Çelenc Kuboku"nun 1/16 final mərhələsinda cavab görüşləri keçirilir.

SportLine.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz "Azərreyl" doğma meydanda "Ştiinta" kollektivi ilə üz-üzə gəlib.

İlk oyunda məğlub olan voleybolçularımız, bu dəfə qələbə qazanıblar - 3:0. Növbəti mərhələyə vəsiqəni kimin qazanacağı isə "Qızıl set"də müəyyənləşib. Gərgin mübarizənin sonunda qonaqlar seviniblər. 

Beləliklə, "Azərreyl" "Çelenc Kuboku" ilə erkən vidalaşıb.

09 yanvar 2017
"Çelenc Kuboku"
1/16 final, cavab oyunu

"Azərreyl" (Azərbaycan) - "Ştiinta" (Rumıniya) - 3:0 (25:23, 27:25, 25:14)
Qızıl set: 13:15