"Azərreyl"in Fransa zəfəri

Qadın voleybolçuların Çempionlar Liqasında mübarizə davam edir. Sportline.az xəbər verir ki, ölkə çempionu “Azərreyl” bu tur Fransa “Sen-Rafael”inin qonağı olub. İnamlı oyun göstərən "dəmiryolçular" 3-1 hesabı ilə qalib gəliblər.  Qələbə komandamızı 2-ci pilləyə yüksəldib. Qrupun digər matçında Polşa "Dabrova Qornitsa"sı doğma arenada lider  "Fənərbaxça"ya uduzub.   1:3

Çempionlar Liqası

IV tur

C qrupu

“Sen-Rafael” (Fransa) - “Azərreyl” (Azərbaycan) - 1:3 (16:25, 21:25, 25:18, 20:25)