Bahar kubokunun qalibi məlum oldu
Qadın voleybolçular arasında keçirilən Bahar kubokuna yekun vurulub.
Sportline.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda "Azərreyl" və UNEC komandaları üz-üzə gəliblər.
Meydandan 3:0 (25:20, 25:14, 25:16) hesablı qələbə ilə ayrılan "Azerreyl" bürünc medallara sahib çıxıb.
Final matçında isə "Abşeron" və "Murov" kollektivləri qarşılaşıblar.
Rəqibini 3:0 (25:23, 25:18, 25:18) hesabı ilə məğlub edən "Abşeron" Bahar kubokunun qalibi olub.