Bakı-2017: Azərbaycan millisinin yekun heyəti bəlli oldu

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının futbol yarışları üçün Azərbaycan millisinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, Yaşar Vahabzadə İslamiadada bu futbolçulara güvənəcək:

Qapıçılar: Emil Balayev (“Səbail”), Şahrudin Maqomedaliyev (“Qarabağ”), Tərlan Əhmədli (“Sumqayıt”)

Müdafiəçilər: Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (“Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”)

Yarımmüdafiəçilər: Fəhmin Muradbəyli (“Neftçi”), Mirabdulla Abbasov (“Suqmayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Elnur Cəfərov (“Duqopolye” Xorvatiya)

Hücumçular: Mahir Mədətov, Ağabala Ramazanov (hər ikisi “Qarabağ”)