Bakı-2017: Banqladeş 31 idmançı ilə gəlir

Banqladeş Olimpiya Assosiasiyası IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılarının sayını açıqlayıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, Asiya təmsilçisi mayın 12-22-də Bakıda keçiriləcək yarışa 31 atletlə gələcək.

Komanda 8 idman növündə gücünü sınayacaq. Banqladeşlilər atletika, atıcılıq, ağırlıqqaldırma, üzgüçülük, güləş, gimnastika, karate və zorxana üzrə yarışlarda nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.

Həmçinin bildirilir ki, idmançılar yanvardan İslamiadanın hazırlıqlarına start veriblər. 

Banner