Bakı-2017 İslam Oyunlarının loqosu və brendi təqdim olundu

Gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının loqosu və brendi təqdim edilib. SportLine.az xəbər verir ki, azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlanan loqo İslam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə əks etdirir.

Brenddə isə xalçaçılığın müasir təsviri yer alıb, İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib. 

Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərindəki tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.

Qeyd edək ki, dizayn biletlər, uniformalar üzərində əks etdiriləcək və Oyunlarla bağlı satılan əşyalar və məkanlar üçün yenidən təfsir olunacaq.