Bakı-2017: Kamerun seçməsinin ilkin heyəti açıqlandı

Bakıda keçiriləcək İslam Oyunlarının futbol yarışlarında çıxış edəcək Kamerun seçməsinin ilkin heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, baş məşqçi Riçard Tovanın ixtiyarında hazırda 36 futbolçu var.

47 yaşlı mütəxəssis seçim edərək, 23 nəfərlik yekun heyəti açıqlayacaq.

İlkin heyətdə “Saraqosa”, “Monako”, “Sevilya”, “Nant” və “Kayzerlautern” kimi tanınmış klubların oyunçuları da yer alıb.

Qapıçılar: Puati Moise (“Yunion Duala”), Dande Junior (“Apejes Mfu”), Omossola Medyo Simon (“Koton Sport”)

Müdafiəçilər: Nqonqanq Jeff (“Edinq”), Andulou Serje (“Nyu Stars”), Nqah Fabrise, Eta Bavak, Otia Paul (hamısı “UMS Loum”), Mussinqa Paul Henri (“Amien”, Fransa), Siqe Sedrik (“Avion du Nkam”), Kau Fabril (Koton Sport”), Ekvalla Fabrise (“Edinq Sport”), Baqnak Frank (“Saraqosa”, İspaniya), Kami Yves Danie (“Deççi”, Serbiya), Mbaizo Oliver (“Yunion Duala”), Dava Joskin (“Monako”, Fransa), Tsopqni Bekleyr (“Aiql Royal de la Menua”)

Yarımmüdafiəçilər: Nubissi Marius (“Jil Visente”, Portuqaliya), Panqop Frants, Qeyap Yahfort (hər ikisi “Yunion Duala”), Mundi Alim (“Aiql Royal de la Menua”), Kunde Malonq (“Estramadura”, İspaniya), Yan Brays Eteki (“Sevilya”, İspaniya), Ekolo Malolo (“Draqon Yaunde”), Ze Lamkel (“Nyor”, Fransa), Alima Atanqana (“Apejes Mfu”), Aleque Aleksis (“Nant”, Fransa), Bell Bell Leon (“Kayzerlautern”, Almaniya), Abanda Nkoa Nikolas (“Kolombe”), Çentçeu Frank Erik (“Draqon Yaunde”), Nqvanq Hanson (“Banq Bulle”)

Hücumçular: Çuameni Villiam (“Feyrense”, Portuqaliya), Eyok Emile (“Avion Nkam”), Mbiobe Miçel (“Mladost”, Serbiya), Nlend Samuel (“Yunion Duala”), Niba Makdonald Nqva (“Nitra”, Slovakiya)

Qeyd edək ki, yığmamız Kamerunla mayın 8-də üz-üzə gələcək.