"Bakı-2017"yə geriyə sayım başladı
12 May 2016-cı il tarixdə Dənizkənarı Milli Parkda 2017-ci ildə Bakıda start götürəcək IV İslam Həmrəyliyi oyunlarının başlamasına həsr olunmuş idman tədbiri keçirilib.
Gənclər və İdman Nazirliyindən SportLine.az saytına verilən məlumata görə, tədbirdə gənclər və idman naziri, IV İsıam Həmrəyliyi oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri, İslam dövlətinin Milli Olimpiya Komitələrinin (NOC) üzvləri və digər qonaqlar iştirak ediblər.
Qonaqlara IV İslam Həmrəyliyi oyunlarının proqramına salınan idman növləri nümayiş olunub.
Bununla da, IV İslam Həmrəyliyi oyunlarının ölkəmizdə start götürməsinə geriyə sayım başlayıb.