Bakı daha bir Avropa çempionatına ev sahibliyi edir

Bu gün paytaxtımızda daha bir beynəlxalq yarışa start verilib. 

Sportline.az xəbər verir ki, bədii gimnastika üzrə Avropa çempionatından sonra aerobika gimnastlarının qitə çempionatı da Bakıda keçiriləcək.

Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı mayın 24-dən 26-dək davam edəcək. Paytaxtımızda ilk dəfə təşkil edilən bu yarışda ölkəmizlə yanaşı Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna – ümumən 22 ölkənin gimnastları qələbə uğrunda mübarizə aparacaq.

Böyüklər və gənclər arasında qadın və kişi idmançılar fərdi turnirlə yanaşı, qoşa, üçlük, qrup, həmçinin aero dans, aero step yarışlarında çıxış edəcəklər. Millimiz turnirdə 17 idmançı ilə təmsil olunacaq.