"Kəpəz"də yeni müqavilə
"Kəpəz" futbolçusu Ümid Səmədovla müqaviləni yeniləyib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Kəpəz”in yetirməsi olan müdafiəçinin yeni müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Ümid Səmədov ötən mövsüm ümumilikdə 27 oyun keçirib.