Vlahoviç maaşının azalmasına razıdır

"Barselona" klubunda rəhbərlik daxilində transferlər üçün müzakirələr davam edir.

Sportline.az xəbər verir ki, bu sırada daha bir ulduz katalonların heyətinə qatılmaqda maraqlıdır.

İtaliyanın "Yuventus" klubundan ayrılan serbiyalı hücumçusu Duşan Vlahoviç karyerasını "Barselona"da davam etdirmək arzusu ilə bağlı addım atıb.

Vlahoviç Kataloniya təmsilçisinə keçidini asanlaşdırmaq üçün illik maaş tələblərini aşağı salıb.

İspaniya klubu hazırda hücum xətti üçün ilk növbədə Xulian Alvaresin transferinə diqqət yetirir.