Bakı İdman Sarayından "Olimpik Star"a

Futzal üzrə Yüksək Liqada II turun oyun cədvəli açıqlanıb. 

Sportline.az xəbər verir ki, oktyabrın 8-də keçiriləcək turun qarşılaşmaları "Olimpik Star"da təşkil olunacaq.

Halbuki, mövsümün açılış oyunları Bakı İdman Sarayında baş tutmuşdu.

Turun oyun cədvəlini diqqətinizə çatdırırıq: 

12:00. Baku-Fire – Xilə
14:00. Araz-Naxçıvan – Neftçi İK
16:00. Alyans – Rekord club.az
18:00. EKOL – U-19