Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub
Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkil etdiyi Bakı kəndləri arasında futbol turnirində qrup mərhələsinin 3-cü turuna yekun vurulub.
Gənclər və İdman Nazirliyindən Sportline.az saytına verilən məlumata görə, ikinci yarış günündə 8 oyunda qapılara 41 qol vurulub.
Ən böyük hesab Fatmayı – Məmmədli görüşündə qeydə alınıb. İkincilər 10-1 hesablı qələbə qazanıb.
Maştağa Nardaranı (3:1), Kürdəxanı isə Pirşağı komandasını (7:0) məğlub edib. Masazır Biləcərəyə uduzubsa (3:6), Saray komandası Binəqədi ilə bacarmayıb (0:4).
Mehdiabad komandası Aşağı Güzdəyin qapısından 2 cavabsız top keçirib.
Sabunçu - Ramana, Balaxanı - Zabrat görüşləri isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, yarışlara 2010-2011-ci il təvəllüdlü ümumilikdə 350-dən çox uşaq cəlb olunub.
Komandaların 8 qrupda mübarizə apardıqları turnir noyabrın 13-də final qarşılaşması ilə yekunlaşacaq.