Bakıda futvole üzrə beynəlxalq turnir keçiriləcək

Bakı Su İdmanı Sarayında futvole(çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnir keçiriləcək. Sportline.az xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq turnir avqust ayının 5-də start götürəcək.  Bakı Bulvarında yerləşən "Aguatics Palace"də (Su İdmanı Sarayı) keçiriləcək yarışda Azərbaycan yığması ilə yanaşı Rusiya (2 komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna komandaları iştirak edəcək. Beynəlxalq futvoley yarışları sırasına daxil edilən Baku World Open" turnirində qadın kollektivlərinin çıxışlarını da izləmək mümkün olacaq. Belə ki, azərbaycanlı qadın idmançılarla yanaşı, Bakı qumunda Ukrayna və Rusiyalı qadın futvole ustalarını izləmək mümkün olacaq. Yarışa saat 18:00-da start veriləcək