"Bakıda bizi daha çətin oyun gözləyir"

"Əvvəldən də demişdim ki, "Viktoriya" özünəməxsus oyunu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə kimi Plzen təmsilçisi öz oyunundan əl çəkmədi: pressinq etdi". SportLine.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Viktoriya" (Plzen) - "Qarabağ" oyunundan sonra Qurban Qurbanov deyib.

Rəqibin son dəqiqələri azlıqda davam etdirməsinə baxmayaraq yaxşı təsir bağışladığını deyən mütəxəssis cavab görüşünün daha çətin keçəcəyini bildirib: "Rəqib öz oyunundan əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.