Bakıda çimərlik voleybolu üzrə turnir keçirilib

Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan çimərlik voleybolu üzrə turnirə yekun vurulub.

Sportline.az xəbər verir ki, Su İdmanı Sarayının təşkilatçılığı ilə ardıcıl 3-cü dəfədir keçirilən yarışda 17 kişi, 6 qadın komandası qüvvəsini sınayıb. Sarayın idman meneceri Fuad Hacıyevin sözlərinə görə, turnirin ötənilki yarışlardan fərqi bu dəfə rekord sayda komandanın iştira etməsidir.

Qadınların yarışında "İl Azero" komandası çempion olub. "UNEC" ikinci, "TİSA" kollektivi üçüncü pillədə qərarlaşıb.

Kişilərin mübarizəsində isə "Taleh AT" qalib olub. "Neftçi" və "Neftçi-2" komandaları müvafiq olaraq gümüş və bürünc medalları qazanıblar.