Bakıda daha bir yarış təxirə salındı

Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Sportline.az Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sayca 16-cı mundial 14-16 mayda təşkil olunmayacaq. Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 - 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.

O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.