Bakıda Dünya Kubokuna yekun vuruldu

Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub. SportLine.az xəbər verir ki, yarışın son günündə ayrı-ayrı növlərdə qaliblər müəyyənləşib. Avropa Oyunlarının qalibi Oleq Stepko Dünya Kubokunda da uğurlu çıxışla yadda qalıb. Paralel qollarda qalib olan təmsilçimiz, Dayaqla tullanmada 2-ci, Həlqələrdə isə 3-cü nəticə göstərib. Turnikdə istəyinə nail ola bilməyən Stepko bu növdə mübarizəni 8-ci yerdə tamamlayıb. Digər təmsilçimiz Petro Paxnyuk sərbəst hərəkətlərdə 8-ci nəticə göstərib.

Qadınların mübarizəsində isə Yuliya İnşina Dayaqla tullanma və gimnastika tirində 6-cı olub. Marina Nekrasova isə bu növlərdə 10-culuqla kifayətlənib.

Qeyd edək ki, 3 gün davam edən yarışda 19 ölkədən 66 gimanst qalib adı uğrunda yarışıb.