Bakıda insanları dron əvəzlədi

Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya kubokunda maraqlı hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, mükafatçı idmançılara medallar dronlarla təqdim edilib. Pandemiya ilə bağlı hazırkı şəraitə görə bu addım atılıb. Bu isə turnirdə bir yenilik olub. 

Qeyd edək ki, ötən gün başa çatmış dünya kubokunda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət Azərbaycan komandası 5 topla hərəkətlərdə bürünc medal qazanıb.