Baleba "Brayton"u tərk edəcək

"Brayton"un yarımmüdafiəçisi Karlos Baleba yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 21 yaşlı oyunçunu heyətə cəlb etmək istəyir.

Bu haqda "Africa Foot" nəşri məlumat yayıb.

Qeyd edək ki, Baleba cari mövsüm 13 rəsmi matçda meydanda olub. Məhsuldarlıq göstəricisi yoxdur.