Baleba "Mançester Yunayted" yolunda
"Brayton"un kamerunlu futbolçusu Karlos Baleba "Mançester Yunayted"in əsas transfer hədəfidir.
Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçinin dəyəri 60 milyon avrodur.
Qeyd edək ki, Baleba cari mövsüm 13 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.