Baleba "Mançester Yunayted" yolunda
"Mançester Yunayted" Karlos Balebanı mövsümün sonunda heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
22 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.
Qeyd edək ki, K.Baleba cari mövsüm "Brayton"un heyətində 31 rəsmi matçda meydanda olub.