Balotelliyə şok

“Breşiya”nın hücumçusu Mario Balotelli klubun bazasına buraxılmayıb.

Sportline.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, buna səbəb italiyalı futbolçunun klub prezidenti Massimo Çellino arasında problem yaşanmasıdır.

İtaliya millisinin sabiq  üzvü məşq üçün bazaya yollansa da, içəri daxil olmasına icazə verilməyib. 30 yaşlı oyunçu isə əsəbi şəkildə avtomobilinə əyləşərək oranı tərk edib.

Qeyd edək ki, “Breşiya” rəhbərliyi Balotelli ilə müqaviləyə xitam vermək istədiklərini açıqlayıb. Onun komandanın məşqlərinə gəlmədiyi bildirilmişdi. Balotelli isə məşqlərdən yayınmadığını açıqlamışdı.