"Baltsan"la oyunöncəsi son məşq
"Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsinin "Baltsan” klubu ilə oyunöncəsi son məşqinə çıxıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" matçın keçiriləcəyi "Hibernian” stadionunda məşq edib.
Qeyd edək ki, iyunun 30-da baş tutacaq "Baltsan” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.