Baqali Dabo "Qarabağ" forması geyindi

"Neftçi"nin hücumçusu Baqali Dabonun həyat yoldaşı Tuğba Dabo "Instagram"ında futbolçunun "Qarabağ" forması ilə videosunu paylaşıb.

Sportline.az xəbər verir ki, türkiyəli xanım 31 yaşlı hücumçu barədə "Bu forma ilə həqiqətən də yaxşıdır" sözlərini yazıb.

Onun bu paylaşımını "ağ-qaralar"ın azarkeşləri xoş qarşılamayıb.

"Neftçi"dən ayrılacağı gözlənilən fransalı futbolçunun Kiprin "Apollon" klubu ilə anlaşdığı iddia edilir.