Baqali Dabo rəsmən "Apollon"da

"Neftçi"dən ayrılan Baqali Dabonun yeni klubu rəsmiləşib.

Sportline.az xəbər verir ki, fransalı hücumçu "Apollon"la müqavilə bağlayıb. Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb.

Onun sözləşməsi 2022-ci ilin mayınadək nəzərdə tutulub. 32 yaşlı forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Baqali Dabo "Apollon"a azad agent kimi keçib. O, Azərbaycanda "Neftçi"dən başqa, "Qəbələ"də də çıxış edib.