Baqali Dabonun taleyi aydınlaşdı

"Neftçi"nin sabiq forvardı Baqali Dabo Azərbaycanla vidalaşıb. 

Sportline.az xəbər verir ki, fransalı futbolçu bu barədə "Instagram" hesabından məlumat yayıb. 

Dabo vida mesajında Azərbaycana təşəkkür edib. O, burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını sözlərinə əlavə edib. Dabo Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyib. 

Qeyd edək ki, Baqali Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib. 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo qalmaqalları ilə də gündəmə gəlib. Son olaraq, "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün onu "Neftçi" rəhbərliyi ciddi cəzalandırıb. "Ağ-qaralar"la müqaviləsi iyunun 30-da bitən Dabonun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənilir.