Barkola İngiltərə nəhənginin hədəfindədir
"Paris Sen-Jermen"in sol cinah vingeri Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" 23 yaşlı futbolçuya elçi düşüb.
Bu haqda "The Times" nəşri məlumat yayıb.
Qeyd edək ki, B.Barkola cari mövsüm meydana çıxdığı 44 matçda 12 qol, 7 asistlə yadda qalıb.