Barkola İngiltərədə çıxış edə bilər
"Paris Sen-Jermen"in futbolçusu Bredli Barkola yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
"Liverpul" və "Arsenal" fransalı oyunçu heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, Barkola cari mövsüm meydana çıxdığı 44 matçda 12 qol, 7 asistlə yadda qalıb.