Barkola üçün İngiltərədən təklif var
"Paris Sen-Jermen"in sol cinah vingeri Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Arsenal" 23 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
Fransa millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 46 matçda 12 qol, 7 asistlə yadda qalıb.
Qeyd edək ki, B.Barkolanın transfer qiyməti 70 milyon avrodur.