Barkola üçün İngiltərədən təklif var
PSJ-nin futbolçusu Bredli Barkola karyerasını "Liverpul"da davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi yayda Paris klubuna rəsmi təklif göndərəcək.
Bu haqda "Le10 Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, B.Barkola cari mövsüm meydana çıxdığı 46 matçda 12 qol, 7 asistlə yadda qalıb.