Baroş futboldan gedir

Çexiya millisinin keçmiş üzvü Milan Baroş karyerasını bitirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, ölkəsində "Banik" klubunda çıxış edən 38 yaşlı hücumçu mövsümün sonunda butsılarını mıxdan asacağını bəyan edib:

"Beynim futbola davam etmək istəyir, ancaq bədənim "dayan" deyir. "Axilles vətəri"ndəki problem futbola davam etməyimə icazə vermir".

Milan Baroş 2005-ci ildə "Liverpul"un heyətində Çempionlar Liqasının qalibi olub. Təcrübəli hücumçu "Aston Villa", "Lion", "Qalatasaray", "Antalyaspor" kimi klublarda da çıxış edib.