"Barselona" - "Benfika": Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Barselona” öz meydanında “Benfika” ilə qarşılaşacaq. Portuqaliyada keçirilən matçda rəqibini 1:0 hesabı ilə məğlub edən “Barselona” bu matçada favorit qismində çıxacaq.

Kataloniya klubunda Pau Kubarsi cəza, qapıçı Mark Andre Ter Ştegen və Andreas Kristensen isə zədə səbəbindən görüşü buraxmalı olacaq.

“Benfika”da isə Aleksander Bah, Anxel Di Mariya, Manu Silva, Tiaqo Qouveya zədə, Alvaro Karreras isə cəzaya görə meydana çıxa bilməyəcək.

Start fiti 21:45-də səslənəcək matçı fransalı hakim Fransis Leteks idarə edəcək.