"Barselona" ÇL-in qalibi oldu

Latviyanın paytaxtı Riqada təşkil olunan futzal üzrə UEFA Çempionlar Liqasının qalibi məlum olub.

Sportline.az xəbər verir ki, "Dördlər finalı"nda "Barslona" (İspaniya), "Sportinq" (Portuqaliya), "Benfika (Portuqaliya) və "Aner Vilnev" (Fransa) komandaları mübarizə aparıb. 

Həlledici oyunda son iki mövsümün qalibləri qarşılaşıblar. "Sportinq"ə heç bir şans verməyən "Barselona" 4:0 hesablı qələbə sayəsində son üç mövsümdə ikinci dəfə ÇL-i qazanıb. 

Bürünc mükafat isə "Benfika"nın olub. Portuqaliyalılar, UEFA-nın Rusiya təmsilçilərinə məlum qadağasına görə yarışdan kənarlaşdırılan "Tümen"i əvəz edən "Aner Vilnev"i 5:2 hesabıyla üstələyərək mükafata sahib çıxıb.