“Barselona”nın Erlinq iddiası

“Mançester Siti”nin qolyadoru Erlinq Holand gələn mövsüm İspaniyada çıxış edə bilər.

Sportline.az “Fichajes” qəzetinə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi gələn mövsüm üçün Erlinqi kluba cəlb etməyi düşünür. Holandın hələki bu təklifə cavab vermədiyi bildirilir.

“Barselona”nın prezidenti Laporta, Erlinq Holandla müqavilə imzalamasını klubun avropa futboluna qaytaracağına dair güclü bir mesaj olaraq görür.

Qeyd edək ki, Erlinq Holandın transfer məbləği 200 milyon avro olaraq qiymətləndirilir.