"Barselona" gənc hücumçu üçün hərəkətə keçib
“Barselona” Ekvador futbolunun gənc istedadlarından olan Xuan Rikelme Anqulonun transferi üçün ciddi maliyyə addımı atmağa hazırdır.
Sportline.az xəbər verir ki, 17 yaşlı hücumçu Avropaya gənc futbolçular ixrac etməsi ilə tanınan “İndependyente del Valle” klubunun yetirmələrindən biridir və ölkəsində böyük perspektiv vəd edən oyunçular sırasında göstərilir.
Məlumata görə, “Barselona” Anqulonu heyətinə qatmaq üçün 5 milyon dollardan artıq məbləğ təklif etməyə hazırdır.