“Barselona” italiyalı futbolçunu istəyir
“Barselona" yayda müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, “Barselona” yay transfer pəncərəsində “Arsenal” formasını geyinən italiyalı müdafiəçi Rikardo Kalafiorini əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.
Kataloniya təmsilçisi müdafiədə universallığı ilə seçilən, həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi çıxış edə bilən solaxay oyunçu axtarır. Kalafiori isə bu tələblərə uyğun gələn ideal namizədlərdən hesab olunur.
2024/25 mövsümündə sabit çıxışı ilə diqqət çəkən italiyalı futbolçu Avropanın bir sıra top-klublarının da maraq dairəsindədir.
Buna baxmayaraq, “Barselona” onun transferində israrlıdır və yayda rəsmi təklif göndərə bilər.