“Barselona” Lukas Herrinqtonu transfer etmək istəyir
İspaniyanın “Barselona” klubu Avstraliya millisinin 18 yaşlı mərkəz müdafiəçisi Lukas Herrinqtonu heyətinə qatmaqda maraqlıdır.
Sportline.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi gənc futbolçunun Dünya çempionatındakı uğurlu çıxışından sonra onun transferi üçün addım atmağı nəzərdən keçirir.
Bununla belə, Herrinqton uğrunda mübarizədə “Barselona” tək deyil.
İngiltərə nəhəngləri “Liverpul” və “Mançester Yunayted” də istedadlı müdafiəçini yaxından izləyir və onunla maraqlanır.
Qeyd edək ki, gənc oyunçu Amerika liqasında “Kolorado Rapids” klubunda çıxış edir.