“Barselona” “Olimpiakos”u sınağa çəkəcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, “Barselona” “Estadio Olimpiko Luis Kompani” stadionunda “Olimpiakos”la qarşılaşacaq. 

Kataloniya klubunda itkilərin sayı kifayət qədərdir. Qapıçılar Joan Qarsiya, Mark Andre Ter Ştegen, meydan oyunçuları Dani Olmo, Qavi, Ferran Torres, Rafinya və Robert Levandovski zədə səbəbindən oyunu buraxmalı olacaq.

“Olimpiakos”da isə Qabriel Ştrefezza və Rodiney baş məşqçi Xose Luis Mendilibarın sərəncamında olmayacaq.

Qeyd edək ki, görüşü isveçrəli hakim Urs Şeynder idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.