“Barselona” portuqaliyalı futbolçunun xidmətində maraqlıdır

"Barselona" "Mançester Siti"nin portuqaliyalı futbolçusu Bernardo Silvanı transfer etmək üçün hərəkətə keçib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu gələn ilin yayında Bernardonu azad agent kimi transfer etməyə çalışacaq.

31 yaşlı yarımmüdafiəçi "Mançester Siti" ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, B.Silva bu mövsüm meydana çıxdığı 9 matçda 1 qol 2 asistlə yadda qalıb.