"Barselona" PSJ-yə elçi düşdü

"Paris Sen-Jermen"in futbolçusu Bredli Barkola karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

23 yaşlı sol cinah vingerinin dəyəri 70 milyon avrodur.

Qeyd edək ki, Barkola cari mövsüm meydana çıxdığı 35 matçda 9 qol, 6 asistlə yadda qalıb.