"Barselona" Reşfordu klubda saxlayacaq?

"Barselona" icarəyə götürdüyü Markus Reşfordu birdəfəlik transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted”dən icarəyə götürülən futbolçunun müqaviləsindəki 30 milyon avroluq alış seçimi məcburi deyil, lakin “Barselona” bu bəndi nəzərdən keçirir. 

"Fichajes" nəşrinin yaydığı məlumata görə, Kataloniya klubu Reşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 matçda 7 qol, 11 asistlə yadda qalıb.