"Barselona" səfərdə "Slaviya"nı sınağa çəkəcək

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.

Sportline.az xəbər verir ki, "Barselona" "Fortuna Arena"da "Slaviya" ilə üz-üzə gələcək.

Kataloniya klubunda Ferran Torres, Andreas Kristensen və Qavi zədəlidir. Komandasın əsas ulduzu Lamin Yamal isə cəzalıdır.

Meydan sahiblərində Dominik Yavorçek, Filip Horski və Petr Sevçik baş məşqçi Yindrix Trpsovskinin sərəncamında olmayacaq.

Qeyd edək ki, "Slaviya" - "Barselona" bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq. Görüşün ədalət təmsilçisi ingiltərəli hakim Kris Kavana olacaq.