"Barselona" "Şapekoense" ilə qarşılaşdı
"Barselona" ötən il təyyarə qəzasında heyətinin böyük hissəsini itirən "Şapekoense" ilə qarşılaşıb. SportLine.az xəbər verir ki, "Gamper Cup" turniri çərçivəsində keçirilən görüş kataloniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Jerar Delafeu, Serxio Buskets, Lionel Messi, Luis Suarez və Denis Suarezin qolları "Barsa"ya qələbə gətirib.