“Barselona” ulduz futbolçunun transferinə hazırlaşır
"Bayern Münhen" klubunun forvardı Harri Keyn karyerasını La Liqada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Barselona" İngiltərə millisinin hücumçusunu heyətinə qatmaq niyyətindədir.
Bu barədə "El Nacional" televiziyası xəbər yayıb.
Qeyd edək ki, H.Keynin transfer qiyməti 80 milyon avrodur.