"Barselona" və "İnter" transfer yarışına girib
Joao Kanselo Avropa futboluna qayıda bilər.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, “İnter” portuqaliyalını transfer etmək üçün ciddi şəkildə çalışır.
“Barselona” isə Kanselo üçün imkanın fərqindədir, amma daxili müzakirələrini davam etdirir.
Kanselo yanvarda “Al Hilal”dan mütləq ayrılacaq.
Bu mövsüm Saudiya Ərəbistanı klubunda qanad müdafiəçisi 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Joao Kanselo 2023/24 mövsümündə “Barselona”da oynayıb.