“Barselona”da itki yaşanıb

“Barselona”nın hücumçusu Ferran Torres La Liqada “Real Sosyedad”a qarşı oyunu (1:2) bud nahiyəsində narahatlıqla başa vurub.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, ispan futbolçu Çempionlar Liqasında “Slaviya” ilə keçiriləcək matçda iştirak etməyəcək.

Qeyd edək ki, "Slaviya" - "Barselona" görüşü 22 yanvar saat 00:00-da baş tutacaq.