"Barselona"dan De Yonq açıqlaması

"Barselona"nın futbolçusu Frenki de Yonq zədələnib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi səhifəsində məlumat paylaşılıb.

Təcrübəli futbolçu bu səbəbdən Niderland millisinin düşərgəsini tərk edib.

Onun sağ ayağından xəsarət aldığı bildirilir.

De Yonq Polşa ilə oyunun (1:1) start heyətində yer alsa da,  83-cü dəqiqədə zədə səbəbindən əvəzlənmişdi.

Qeyd edək ki, futbolçu, cari mövsümdə La Liqada iki oyunda meydana çıxıb.