"Barselona"dan "Liverpul"a

“Barselona” klubunun hücumçusu Osman Dembele karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Liverpul” bu futbolçunu heyətə qatmaq niyyətindədir.

Dembele üçün kataloniyalılarla danışığa başlayan Liverpul təmsilçisinin, fransalı futbolçunu icarəyə də götürməyə razı olduğu bildirilir.

Qeyd edək ki, 2017-ci ildən "Barselona"da oynyan Dembelenin, klubla müqaviləsi 2022-ci ilədəkdir.