“Barselona”dan “Mançester Yunayted”ə doğru
“Mançester Yunayted” yeni mərkəz hücumçusu axtarışına çıxıb.
Sportline.az xəbər verir ki, “Barselona”nın forvardı Robert Levandovski əsas namizəd kimi irəli sürülür.
Bu haqda “Sunday Mirror” nəşri məlumat yayıb.
37 yaşlı futbolçu gələn ilin yayında azad agent statusunda olacaq.
Qeyd edək ki, R.Levandovski “Barselona” ilə yeni müqavilə imzalamayacaq.